İtaliyalı keçmiş dünya çempionu Fabio Kannavaro Meksikada işləyə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Meksika çempionatında çıxış edən və adı açıqlanmayan iki klub mütəxəssislə danışıq aparır.
51 yaşlı məşqçi son olaraq Zaqreb “Dinamo”sunda çalışıb. O, daha əvvəl ölkəsində “Benevento”, “Udineze”, Səudiyyə Ərəbistanıda “Əl Nəsr”ə rəhbərlik edib.
Kannavaro futbolçu kimi 2006-cı ildə İtaliya yığması ilə dünya çempionatını qazanıb.