“Sportinq”in hücumçusu Viktor Qyökereş “Mançester Yunayted”ə keçməyəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Laurie Vyatvell məlumat verib. Onun sözlərinə görə, “qırmızı şeytanlar”ın rəhbərliyi yayda 27 yaşı tamam olacaq futbolçuya böyük məbləğdə pul yatırmaq istəmir. Həmçinin iddia olunur ki, Qyökereşin özü də yayda gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək kluba keçmək niyyətindədir və “Mançester Yunayted”in ora düşmək şansı praktiki olaraq yoxdur.
Portuqaliyalı forvard bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 34 qol vurub və 7 məhsuldar ötürmə edib.