“Boka Xuniors”un futbolçusu Edinson Kavani karyerasını bitirəcəyi klubu açıqlayıb.
Futbolpress.az xəbər verir ki, 37 yaşlı forvard bu barədə “Diario Ole” nəşrinə müsahibəsində deyib:
“Karyeramı “Boka Xuniiors”da bitirəcəm. Düşünürəm ki, klub qərarıma hörmətlə yanaşacaq”.
Kavaninin müqaviləsi 2026-cı ilin sonuna kimidir. O, Argentina təmsilçisində 29 oyunda 11 qol vurub.