Ukraynalı vinger Aleksey Kaşuk “Qarabağ”ı seçmə səbəbini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə o, ölkəsinin mətbuatına açıqlamasında danışıb:
“Bir nömrəli amil Qurban Qurbanovdur. O, burada uzun müddətdir çalışır və komandaya avrokuboklarda tarix yaşadıb. Qurbanov futbolçuları necə inkişaf etdirməyi bilir.
İkinci amil müqavilənin detallarıdır. Tək şəxsi şərtlərdən getmir. Elə bənd var ki, gələcəkdə Avropa klubları “Qarabağ”a yaxşı təklif verə biləcək.
Üçüncü isə mən artıq bu çempionatda, ölkədə oynamışam. Uyğunlaşma problemim olmayacaq. “Qarabağ”la peşəkar futbola yenidən qayıtmaq və avrokuboklarda özümü göstərmək istəyirəm”.
Kaşuk “Qarabağ”la 3 illik müqavilə imzalayıb.