“Qarabağ” ukraynalı vinger Aleksey Kaşukla anlaşıb. Daha əvvəl ölkəmizdə “Sabah”da forma geyinən futbolçu bu dəfə “atlılar”ın uğurları üçün çalışacaq.
Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress“ə açıqlamasında Kaşukun “Qarabağ”a keçidini şərh etdi:
“Kaşuk “Qarabağ” üçün yaxşı transferdir. Həmin mövqedə boşluqlar var idi və ukraynalı buranı dolduracaq. Düşünürəm ki, onun keçidi çox yaxşı olacaq”.
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Yunanıstanın “Olimpiakos”, İsveçin “Malmö”, Norveçin “Budo Qlimt”, Rumıniyanın “Styaua” və İsveçin “Elfsborq” komandaları ilə üz-üzə gələcək. Sultanov “atlılar”ın buradakı şanslarını dəyərləndirdi:
“Rəqiblər asan deyil. Çətin olacaq, amma mümkünsüz deyil. “Qarabağ” Azərbaycan çempionatını keçib, Avropa futboluna yaxındır. Ümidimiz böyükdür, çətin olacaq, amma öhdəsindən gəlməyə çalışacağıq”.
Şahin Cəfərov