Kasemiro Ronaldo ilə komanda yoldaşı ola bilər

“Mançester Yunayted”in müdafiəçi yarımmüdafiəçisi Karlos Kasemiro karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, onun xidmətində “Əl Nəsr” maraqlıdır.

Ronaldonun formasını geyindiyi komanda Kasemiro ilə danışıqlara başlayacaq.

Braziliyalı futbolçu özü də bu keçidə razıdır. O bu mövsüm 32 matçda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.