PSJ “Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konateni transfer etmək üçün əlindən gələni edir.
Futbolpress.az xəbər verir ki, Fransa nəhəngi “mersisaydlılar”ın futbolçusunu yayda almağı gözləyir. Konatenin ingilis klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır və hazırda tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmır.
25 yaşlı fransız oyunçu 2021-ci ildən İngiltərə təmsilçisinin heyətində çıxış edir.