Karyerasını ölkəsində davam etdirə bilər

“Çelsi”nin müdafiəçisi Sezare Kasadei karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Torino” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Zadəganlar”ın daha əvvəl bu keçidə müsbət yanaşmadığı bildirilsə də hazırki durum fərqlidir. İtaliyalı futbolçu üçün danışıqlar hələ davam edir. “Çelsi” oyunçusunun növbəti satışından da pay almaq niyyətindədir.

Qeyd edək ki, Kasadei cari mövsümdə London klubunun heyətində 17 matça çıxıb.