“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Barselona” portuqaliyalı futbolçu ilə maraqlanır. Futbolçunun müqaviləsindəki sərbəst qalma bəndi 58 milyon avrodur. Müqavilədə mümkün transfer üçün xüsusi variant da daxildir.
Silvanın “şəhərlilər”lə sözləşməsi 2026-cı ilin yayına kimidir.