Karyerasını bitirib, məşqçiliyə başladı

Portuqaliyalı futbolçu Migel Velozo karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi “Pisa” klubunun mətbuat xidməti məlumat yayıb. Velozo komandanın məşqçilər korpusunda yer alacaq.

Velozo karyerası ərzində ölkəsində “Benfika”, “Sportinq”, İtaliyada “Cenoa”, “Verona”, “Pisa”, Ukraynada “Dinamo”da forma geyinib. O, Portuqaliya yığmasında 56 oyunda 3 qol vurub.