Karyerasını bitirən futbolçu: “Bu, mənə qarşı hörmətsizlikdir”

“Real”ın sabiq futbolçusu Toni Kroos açıqlama verib.

Futbolpress.az xəbər verir ki, karyerasını bitirən alman yarımmüdafiəçi Madrid klubuna vidası haqda danışıb:

“Həmişə iki səbəbə görə “Real”ın yanında olacam: bir darıxdığım, bir də onları yüksəklərdə görməyi istədiyim üçün. Klubla bağlı xoş arzularım var. Lakin xəbərlər yayılır ki, “Real” məni istəmədi. Belə şey yoxdur, bu, mənə qarşı hörmətsizlikdir”.

Kroos 2014-2024-cü illərdə “Real”ın formasını geyinib.