“Bazel”də çıxış edən yarımmüdafiəçi Xerdan Şaqiri cari mövsümdə onuncu qolunu vuraraq klub karyerasının ən yaxşı nəticəsinə imza atıb.
Futbolpress.az xəbər verir ki, bu, İsveçrə Superliqasının XXIX həftəsində “Bazel”in səfərdə “Vintertur”la qarşılaşması zamanı baş verib.
49-cu dəqiqədə fərqlənən futbolçu komandasının qələbə qazanmasında önəmli rol oynayıb və görüş 0:2 hesabla yekunlaşıb.
Bu qələbə sayəsində “Bazel” turnir cədvəlində ikinci yerdədir. Lider “Servette” “Bazel”i iki xal qabaqlayaraq liderdir.