“Barselona”nın futbolçusu Frenki de Yonq açıqlama verib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi klubdakı gələcəyi haqda danışıb:
“Barselona”da xoşbəxtəm və özümü bura aid hiss edirəm. Karyeramın sonuna kimi “Barselona”da qalmaq istəyirəm”.
Frenkinin adı İngiltərə klubları ilə hallanır. 27 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.