“Karvan”ın baş məşqçisi Kənan Kərimov cəzalanıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis I Liqada “Qəbələ” ilə oyundan sonra mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 matç cəzalanıb.
Eyni zamanda, “Karvan” 400 manat cərimələnib, mütəxəssisə isə 3 aylıq sınaq vaxtı təyin edilib.
“Karvan” – “Qəbələ” oyunu (0:1) ilə bağlı digər cəzalar:
“Karvan” – “Qəbələ” oyununda “Karvan” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilir (maddə 37);
“Karvan” – “Qəbələ” oyununda “Karvan” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Karvan” komandası 80 manat cərimə edilir (maddə 52.1);
“Karvan” – “Qəbələ” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
“Karvan” – “Qəbələ” oyununda diktor Əsasnamənin tələblərini pozduğuna görə “Karvan” komandası 50 manat cərimə edilir (maddə 80);
“Karvan” – “Qəbələ” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 43.7) ;
“Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 77 nömrəli futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanır, “Karvan” komandası 300 manat cərimə edilir (maddə 43.3);
“Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Karvan” komandası 300 manat cərimə edilir (maddə 43.3);
“Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanır, “Karvan” komandası 400 manat cərimə edilir (maddə 44.2);