“Karvan” hücumçusu ilə yollarını ayırdı

“Karvan” klubunda ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisi hücumçusu Xəzər Mahmudovla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubla oyunçu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Karvan” I Liqada 11 turdan sonra 25 xalla 2-ci sıradadır.