Karvahal: “Xoselu məni gözləyir”

Madrid “Real”ının müdafiəçisi Dani Karvahal gələcək karyerasından danışıb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı müdafiəçi gələcəkdə rəqib kimi “Los Blankos”a qarşı oynamaq istəmədiyini bildirib:

“Real”dan getsəm, bu, Avropa klubu üçün olmayacaq. Nə Çempionlar Liqasında, nə də İspaniya çempionatında bu komandaya qarşı oynamaram. Xoselu keçən mövsüm icarə əsasında “Real”a qayıtdı, amma hazırda Qətərin “Əl-Qarafa” klubunda çıxış edir. O mənə dedi: “Mən səni burada gözləyirəm, sənə yer ayırıram”.

Qeyd edək ki, 32 yaşı futbolçunun “kral klubu” ilə sözləşməsi 2026-cı ilin yayına qədərdir.