Karvahal: “O, “Real” üçün çox önəmlidir”

“Real”ın futbolçusu Dani Karvahal komandanın kapitanı Naço haqda danışıb.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu müqaviləsi başa çatan Naço ilə bağlı bunları deyib:

“Naçonun bundan sonra nə edəcəyini bilmirəm. Qərar vermək üçün vaxtı var. Ümid edirəm ki, bizimlə qalacaq. O, “Real” üçün çox önəmlidir”.

“Real” Naçoya bir illik müqavilətəklif edib. Müdafiəçi “kral klubu”nun yetirməsidir.