İngiltərə millisinin baş məşqçisi Li Karsli UEFA Millətlər Liqasında Finlandiyanı məğlub etdikləri (3:1) oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis komandadakı gələcəyindən söz açıb:
“Postumda qalmaq istəyirəm? Bu haqda çox düşünməmişəm. Məqsədim komandaya qələbələr qazandırmaqdır. Burda olmaq şərəfdir. İngiltərə millisi ilə uduzmaq yaxşı hal deyil. Bu komanda qələbələrə öyrəşib.
Rəhbərliyin tələblərini bilirəm. Bu millidə dünya səviyyəli məşqçiyə layiqdir. Mən də bu yolda addımlayıram”.
Karsli bu ilin avqustundan İngiltərə yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə uduzub.