Karlo hazırki duruma belə çarə tapdı

Madrid “Real”nın baş məşqçisi Karlo Ançelotti komandanın sağ cinah müdafiəçisi probleminə müvəqqəti çarə tapıb.

Futbolpress.az xəbər verir ki, Dani Karvaxal, Lukas Vaskez və Eder Militao sıradan çıxdığına görə Ançelotti həmin mövqeyi doldurmağı yarımmüdafiəçi Federiko Valverdeyə tapşırıb. Daha əvvəl sağ cinah müdafiəçisi rolunu oynamış Valverde Vaskez zədədən qayıdana qədər bu vəzifəni icra edəcək. Bu qərar “kral klubu”nun müdafiəsindəki aktual narahatlığı aradan qaldırır. Ançelottinin taktiki addımı zədə böhranı fonunda komandanın müdafiəsini sabitləşdirmək məqsədi daşıyır.