Kapitan limitin mümkün ləğvi haqda: “Yerli futbolçuların şansı azalacaq”

Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi məsələsi gündəmdədir. AFFA İcraiyyə Komitəsinin yaxın günlərdə toplantısı olacaq və bununla bağlı yekun qərar veriləcək.

Azərbaycan millisinin və “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev “FutbolPress”ə açıqlamasında mövzu barədə fikirlərini bölüşdü:

“Bu qərarın qəbul edilməsi və gündəmdə bu qədər aktual olması nə dərəcədə doğrudur, bilmirəm. Fikrimcə, legioner limitinin ləğv edilməsi yaxşı deyil. Heyətdə 11 legionerin çıxış edəcək olması, yerli futbolçuların şanslarını azaldacaq. Həmin futbolçularımızın da xaricə çıxma şansı azdır. Onsuz indiki zamanda legioner həyatı yaşayan oyunçularımızın əksəriyyəti böyük klublarda çıxış etmir. Hesab edirəm ki, ən azından ölkə çempionatında yerli futbolçular çıxış etməlidir”.

Mirkamal