Kapitan 20 il sonra klubu tərk etdi

“Başakşəhər” kapitanı Mahmut Tekdemir ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mahmut 2004-cü ildən “Başakşəhər”də çıxış edir. O, 2007-ci ildən əsas komandada çıxış edib. “Başakşəhər”in həmin dövrdə adı “Büyükşehir Belediyespor” idi.

Mahmut komandada 500-dən çox oyuna çıxıb. O, eyni zamanda Türkiyə millisində 22 matçda forma geyinib.