İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro “Qızıl top”a əsas namizədini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, keçmiş müdafiəçi bununla bağlı “La Gazetta dello Sport”a danışıb:
“Vinisius Junior və ya Cud Bellingem qələbə qazanacaq. Buna baxmayaraq, onlar ötən mövsümün sonlarında kifayət qədər yaxşı oynamadılar. Bundan başqa, Kilian Mbappe də yaxşı mövsüm keçirməsə də, əsas favoritlərdəndir.
Rodri və Dani Karvahal isə əla mövsümü bitiriblər. Dani mümkün olan bütün titulları qazandı. Ancaq müdafiəçinin “Qızıl top” alması üçün fövqəladə bir şeylər etməlidir”.
“Qızıl top”un qalibi oktyabrın 28-də açıqlanacaq.