Kan Fransa klubunu almaq istəyir

Almaniya millisinin sabiq qapıçısı Oliver Kan Fransanın “Bordo” klubunu almaq istəyir.

Futbolpress.az xəbər verir ki, keçmiş qolkiper artıq bu istiqamətdə danışıqlara başlayıb. Bu barədə “Sud-Ouest” nəşri məlumat yayıb.

“Bordo” 2024-cü ilin yayında maliyyə problemləri yaşayıb və Fransa 4-cü divizionuna düşüb.