“Kamp Nou” nə vaxt hazır olacaq?

“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou”ya qayıdış vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, arenada yenidənqurma işləri sentyabrda başa çatacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” hazırda ev matçlarını Olimpiya stadionunda keçirir. Komanda La Liqada 31 turdan sonra 70 xalla liderdir.