“Turan Tovuz” heyətini yeni qapıçı ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki bölgə təmsilçisi Sergey Samoku transfer edib. Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.