Kadinin imzalı formaları satışda

“Qarabağ”ın yeni transferi Kadi Borgesin imzalı formaları artıq satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər məhdud sayda olan formalarımızı Park Bulvar AVM-in 2-ci mərtəbəsində fəaliyyət göstərən fan-şopumuzdan əldə edə bilərlər.

“Qarabağ” Kadi ilə 4 illik müqavilə imzalayıb.