“Qarabağ”ın sabiq futbolçusu Kadi Borges dünən Aktauda yaşanan təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına dəstək nümayiş etdirib.
Futbolpress.az xəbər verir ki, Macarıstanın “Ferentsvaroş” klubunda çıxış edən yarımmüdafiəçi instaqram hesabında post paylaşıb.
Kadi 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.
Dünən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçuş həyata keçirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. “Hava gəmi”sinin göyərtəsində 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində son məlumatlara görə, 29 sərnişin sağ qalıb, 23-ü isə vəfat edib.