Kadi “Qarabağ”da – RƏSMİ

Kadi Borges “Qarabağ”a döndü.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı vinger 2021/23-cü illərdə formasını geydiyi sabiq komandasına qoşulub.

Kadi 2023-cü ildə “Qarabağ” tarixinin ən yüksək transferi kimi Rusiyanın “Krasnodar” klubuna keçib.

Daha sonra Macarıstanın “Ferentsvaroş”a keçən 28 yaşlı oyunçu yenidən Azərbaycana qayıdıb.