“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges komandadan ayrıla bilər.
Futbolpress.az “RB Sport”a istinadən xəbər verir ki, Kadinin “Qarabağ”a keçmək ehtimalı yüksəkdir.
Qeyd olunub ki, Rusiya klubu yarımmüdafiəçini sərfəli təklifə satmağa hazırdır.
Onun komanda ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Braziliyalı bu mövsüm 33 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Kadi 2021-2023-cü illər aralığında “Qarabağ”ın formasını geyinib.