“Kəpəz”in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev məşqlərə başlayıb.
Futbolpress.az xəbər verir ki, noyabrda İstanbulda cərrahiyyə əməliyyatı olunan yarımmüdafiəçi hələlik fərdi halda hazırlıq keçir.
Klubun tibb xidmətinin məlumatına görə Tağıyev yanvar ayının sonunda kollektiv məşqlərə qoşula biləcək.