“Kəpəz”in yeni transferi: “Bacarığımı göstərmək üçün çox çalışacam”

“Kəpəz”in yeni transferi Dioqo Verdaska “Kəpəz”ə keçidi ilə bağlı klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi azarkeşlərin sevimlisi olmaq istədiyini deyib:

“Burada olduğum üçün çox xoşbəxtəm. Biraz da həyəcanım var. Bütün var gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm. Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacam. Azərbaycanda bir çox portuqaliyalı futbolçunun çıxış etməsindən xəbərdaram. “Kəpəz”də də həmyerlilərim oynayır. Ötən mövsüm Gəncədə forma geyinən İqor Rodriqesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Bunun üçün də dayanmadan məşq edəcəyik.

Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da portuqaliyalıdır. Onun burada olması da xoşdur. Təcrübəli mütəxəssisdir, yığmanıza köməyi dəyə bilər”.