“Kəpəz”in keçmiş hücumçusu “Qəbələ”də

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” Abdullahi Şuaybunun keçidini gerçəkləşdirib.

22 yaşlı nigeriyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Şuaybu bunadək “Saksan” (Moldova) və “Kəpəz”də forma geyinib.