Şəmkir şəhər Kimya, biologiya təmayüllü liseyin şagirdləri “Kəpəz”in üzvləri ilə görüşüblər.
Futbolpress.az xəbər verir ki, Gəncədə klubun qonağı olan uşaqlar meydançada futbolçularla maraqlı, əyləncəli vaxt keçiriblər. Məktəblilər oyunçular ilə futbol oynayıblar, şəkil çəkdirib, avtoqraf alıblar. “Kəpəz”in baş məşqçisi Azər Bağırov şagirdləri maraqlandıran sualları cavablandırıb, onlara səmimi münasibət göstərib.
“Futbol hamı üçün” devizi altında reallaşan görüşün təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında futbola marağın artırılması, bu idman növünün təbliğidir.