“Kəpəz”i “Sabah”la oyuna çıxaracaq şəxs bilindi

“Kəpəz” Premyer Liqanın V turunda “Sabah”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisini görüşə Xaliq Mərdanov çıxaracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kəpəz”də dünən baş məşqçi Adil Şükürovla yollar ayrılıb.

Avqustun 31-də keçiriləcək “Kəpəz” – “Sabah” oyunu saat 19:30-da başlayacaq.