“Kəpəz” braziliyalı Junior Martinsin transferi ilə bağlı “Zirə” ilə razılıq əldə edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Bakı təmsilçisində davam etdirəcək.
Martins 2023-cü ildən “Kəpəz”də oynayırdı. Orta xətt oyunçusu son mövsümdə çempionatda 32 matçda 8 qol vurub və 5 assist edib.