“Kəpəz”dən transfer

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Orxan Əliyev “sarı-göylər” ilə bir illik müqavilə imzalayıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Əliyev son olaraq “Araz Naxçıvan”da oynayıb. 28 yaşlı futbolçu 2015-2016 və 2016-2017-ci illər mövsümündə də “sarı-göylər”in şərəfini qoruyub.