“Kəpəz”dən transfer

“Kəpəz” Nicat Süleymanovla anlaşıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi ilə “1+1” illik müqavilə bağlanıb.

26 yaşlı futbolçu son mövsümü Premyer Liqa təmsilçisi “Araz Naxçıvan”da keçirib. 

Nicat Süleymanov əvvəllər də “Kəpəz”də çıxış edib. Süleyman həm I Liqada, həm də elitada “sarı-göylər”in şərəfini qoruyub.