“Kəpəz”dən “Əl Nəsr”ə

“Kəpəz”dən ayrılan Olavele Onanuqanın yeni klubu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Əl Nəsr”lə keçib. Bu barədə Küveyt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına kimi olan müqavilə imzalanıb.

Onanuqa ötən mövsüm Premyer Liqada 27 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.