“Kəpəz”dən darmadağın

Yeni mövsümə hazırlaşan “Kəpəz” bu gün sonuncu yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, “sarı-göylər” Məşq Mərkəzində “Pelikan” ilə qarşılaşıblar. Matç Adil Şükürovun yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk yarıda Kərim Lkoça və Əli Səmədov fərqlənib. Fasilədən sonra Lassana Ndiaye və Redon Mihana qol vurub.