“Kəpəz”dən ayrılan futbolçu İndoneziyaya üz tutdu

“Kəpəz”dən ayrılan Latir Falın yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi İndoneziya təmsilçisi “Maqassar”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fal ötən mövsüm “Kəpəz”də 21 oyuna çıxıb. Yarımmüdafiəçinin müddəti başa çatan müqaviləsi uzadılmayıb.