“Kəpəz”də yeni müqavilələr

“Kəpəz” Gəncə futbol məktəbinin 3 yetirməsi ilə yeni müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, əvəzedici heyətdə çıxış etmiş gənc futbolçular, müdafiəçilər Ümid Səmədov ilə Arzu Atakişiyev və hücumçu Cavad Kərimov daha 3 il bizimlə olacaq.
Klub rəhbərliyi və məşqçilər korpusu onların hər birinin potensialına inanaraq etimad göstərib. Uzunmüddətli müqavilələr ilə bu futbolçuların yaxın gələcəkdə komandanın əsas üzvlərinə çevriləcəyinə inam ifadə olunub.