“Kəpəz”də yeni müdafiəçi

“Kəpəz” daha bir futbolçu ilə güclənib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Turan Manafov “Kəpəz”ə keçib.
26 yaşlı oyunçu müdafiəçi mövqeyində çıxış edir. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Turan Manafov ötən mövsümü “Araz-Naxçıvan”da keçirib.