“Kəpəz”də üç itki

“Kəpəz” bu gün Premyer Liqanın III turunda “Turan Tovuz”la qarşılaşacaq.
Futbolpress.az xəbər verir  ki, Gəncə təmsilçisi görüşə itkilərlə çıxacaq.
Məşq prosesində zədələnən yarımmüdafiəçilər Tural Rzayev ilə Redon Mihana matçda forma geyinə bilməyəcək. Bu futbolçuların müalicə prosesi davam edir. Bundan əlavə Elmir Tağıyev cəzalı durumdadır.
Oyun saat 18:15-də start götürəcək.