“Kəpəz”də növbəti legioner

Transfer çalışmalarını davam etdirən “Kəpəz” növbəti keçidi rəsmiləşdirib.

Futbolpres.az xəbər verir ki, Gəncə təmilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə “6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində çıxış edib. Onun son klubu “İstiklol” olub.

Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.

Qeyd edək ki, “Sarı-göylər” bu vaxta qədər Rati Ardazişvilinin transferini açıqlamışdı.