“Kəpəz”də iki itki

“Kəpəz” bu gün Premyer Liqanın IV turunda “Səbail” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisi oyuna itkilərlə çıxacaq.

İki futbolçu zədəlidir. Tural Rzayev ilə Rojerio Santos oyunu buraxacaq. Sonuncu “Qarabağ” ilə matçda, Rzayev isə məşq prosesində zədələnib. Bu futbolçuların müalicəsi davam edir.

Oyuna saat 19:00-da start veriləcək.