“Kəpəz”ə yeni baş məşqçi təyin olunub.
Futbolpress.az xəbər verir ki, “sarı-göylər”i Azər Bağırov çalışdıracaq. 40 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb.
Azər Bağırov son olaraq “Araz-Naxçıvan” klubunda fəaliyyət göstərib. O, “Kəpəz”də bir neçə gün əvvəl vəzifəsindən ayrılan Adil Şükürovu əvəzləyib.
Gəncə klubu Premyer Liqada 5 turdan sonra xalsızdır və sonuncu pillədə qərarlaşıb.
Bağırovun “Kəpəz”ə baş məşqçi təyin edildiyini öncədən yazmışdıq.