“Kəpəz” yenə uduzdu

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisi “Şamaxı” ilə üz-üzə gəlib. Matç gəncəlilərin məğlubiyyəti ilə başa çatıb – 1:2.

“Kəpəz” bundan öncə “Turan Tovuz”a sınaq matçında 0:4 hesabıyla uduzub.