“Kəpəz” üçün yeni tərəfdaş

“Kəpəz” “Aqua Life Qax” suları ilə təmin olunacaq.
Futbolpress.az xəbər verir ki, bununla bağlı “Kəpəz” PFK ilə “Maximus” MMC arasında tərəfdaşlıq müqaviləsi bağlanıb. Tərəflər arasındakı müqaviləni “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri ilə “Maximus” MMC-nin direktoru Elnur Kosayev imzalayıblar. Müqaviləyə əsasən şirkət mövsüm ərzində “Kəpəz”in su təminatını həyata keçirəcək.
Əsas komandanın oyun formalarında isə şirkətin loqosu əks olunacaq.