Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində yanvarın 19-da keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirmamed Mamedov əvəz edib.