“Kəpəz” “Şamaxı”nı seçdi

Yeni mövsümə hazırlıq çərçivəsində “Kəpəz” yoxlama oyunları keçirəcək.

Futbolpress.az xəbər verir ki, rəqiblərdən biri artıq məlumdur. “Sarı-göylər” iyulun 14-də Premyer Liqaya yeni vəsiqə qazanan “Şamaxı” ilə oynayacaq.

Matç Qəbələdə olacaq. Qarşılaşma saat 17:30-da başlayacaq.